AZ

Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...

Son bir neçə ildir ki, tədris ilinin sonlarına yaxın özəl liseylərin qiymətləri durmadan artır. Valideynlər övladlarını məktəbə apararkən nəzərdə tutduğu büdcə ilin sonunda ikiqat olduqda ailələr çıxılmaz vəziyyətdə qalır. 
 Bəs görəsən buna səbəb nədir? Elm və Təhsil nazirliyi bu məsələləri tənzimləyə bilirmi? 
 
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Moderator.az-a danışdı. 
 
"İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanda 32 özəl lisey fəaliyyət göstərir. Həmçinin digər xidmətlər göstərən mərkəzlər var və bunların hər biri özünün nizamnaməsinə və əsasnaməsinə uyğun olaraq qiymətlərə uyğun xidmət haqqlarını müəyyənləşdirirlər. Bu gün Azərbaycanın hər hansısa dövlət qurumu özəl liseylərə və yaxud da gimnaziyalara xidmət göstərən yerlərə qiymətlə bağlı təklif və yaxud da irad bildirə bilməz. Təbii ki, onlar müvafiq olaraq hər il xərcləri artdığına görə, özlərinin xidmət haqlarını artırırlar.
 
Birmənalı şəkildə, özəl liseylər öz qiymət siyasətində müstəqildirlər və təbii ki, orada özlərinin xərcləri əsasında gəlirlərini də fikirləşərək müəyyən qiymət siyasəti həyata keçirirlər. Bilirik ki, ölkədə müəyyən qədər infilyasiya mövcuddur və enerji daşıyıcıların qiymətində müəyyən dəyişikliklər var. Bunların hər biri qiymətlərə öz təsirini göstərir. Hesab edirəm ki, bu məsələdə insanları da başa düşmək lazımdır. Pandemiyadan sonra müyyən qədər xərclər artıb. Təbii ki, özəl qurumlar qiymət siyasətində müstəqil olsalar belə insanların gəlirlərini, maddi vəziyyətini nəzərə almalıdırlar. Bilirik ki, bəzən dövlət məktəbləri keyfiyyətli təhsil verə bilmir və valideyinlər övladlarına daha yaxşı təhsil vermək üçün mütəmadi olaraq özəl liseylərə müraciət edirlər. Artıq Azərbaycanda özəl liseylərin populyarlığı artıb. Amma birmənalı şəkildə burada qiymət siyasətində dövlətin tənzimləmə mövqeyi olmalıdır. Dövlət müəyyən qədər qiymət məsələsində öz mövqeyini ortaya qoymalıdır ki, aşırı dərəcədə qiymətlər olmasın. Hazırda 8-10 min manatdan 50 min manata qədər liseylərin qiymətləri var, bu isə doğru deyil. Hər il tədris ili başa çatandan sonra yeni tədris ilinə qədər demək olar ki, hər il özəl liseylər qiymərləri dəyişirlər. Amma nazirlik bu istiqamətdə heç bir addım ata bilməz. Çünki nazirlik dövlət qurumudur, liseylər isə özəldirlər, müstəqildirlər və onlar əsaslandırılmış şəkildə öz qiymət siyasətlərini həyata keçirirlər".
 
 Moderator.az 
Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla