AZ

Rusiyada dalandarın qəhrəmanlığı: Boru ilə üçüncü mərtəbəyə qalxdı və üç qadını xilas etdi - ANBAAN VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binası yanıb.

Binanın sakinləri olan üç qadın güclü istilik və tüstü səbəbindən evlərindən çıxa bilməyib. Qadınlar pəncərələri açıb qaçmağa çalışıblar və bu zaman qəflətən onların köməyinə dalandar gəlib. Kişi məharətlə drenaj borusu vasitəsilə üçüncü mərtəbəyə qalxıb və qadınların onlar üçün uzadılmış nərdivana enməsinə kömək edib.

Baş verənlər anbaan lentə alınıb və görüntülər sosial şəbəkələrdə gündəm olub. Yerli hakimiyyət qəhrəmanı mükafatlandırmaq istəyir, lakin hələ ki onu tapa bilmirlər.

Mənbə: “Lenta dnya” “Telegram”

Seçilən
90
50
Mənbələr
Şərh ()
Bağla