AZ

''Lill''in məşqçisi ''Fənərbaxça'' ilə oyun haqda nə dedi?

''Lill''in baş məşqçisi Bruno Jenezio bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ''Fənərbaxça''ya qarşı keçirəcəkləri oyun barədə fikirləri ilə bölüşüb.

O, komandasının heyətindəki itkilərdən də danışıb:

''ÇL-də asan oyun və asan rəqib olmur. İddialısansa, hər rəqibi məğlub etməlisən. Biz hər iki oyunda da fanatlarımız və klubumuz üçün əlimizdən gələn hər şeyi edəcəyik. Heyətdə 3 itkimiz var. İsmaili, Bentaleb və Buaddi bu oyunda bizə yardım edə bilməyəcək. Cavab oyununda Türkiyədə bizi hansı atmosferin gözləyəcəyini bilirəm. Çünki daha öncə çalışdırdığım komanda ilə ''Fənərbaxça''nın stadionuna səfər etmişəm. Oranın atmosferi ilə tanış olmaq bizim üçün yaxşı təcrübədi. Cavab matçı ərəfəsində işimizi təhlükəyə salmamaq üçün evdə hirsli, istəkli və hucumameyilli futbol sərgiləməliyik''.

Qeyd edək ki, Jenezio daha öncə ''Renn''in başında ''Fənər''ə rəqib olub. Bu komandaların yolu 2022/23-də Avropa Liqasının qrup mərhələsində kəsişmişdi. Həmin vaxt Fransadakı oyun 2:2, İstanbuldakı oyun 3:3 hesabı ilə yekunlaşmışdı.

ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
football-plus.az

10Mənbələr