AZ

Bu dəfə acıq vermək növbəsi ''Fənər''lilərdədi...

''Qalatasaray''ın Çempionlar Liqasının pley-offunda ''Yanq Boyz'' səddini aşa bilməməsi müzakirə mövzusu olmaqda davam edir.

Bu arada əzəli rəqibin uğursuzluğunun ardından ''Fənərbaxça''lı bəzi futbolçuların paylaşımları diqqət çəkdi. Əslində belə paylaşımları gözləmək olardı. Çünki bir müddət öncə ''Fənərbaxça''nın da uğursuz nəticələrindən sonra Mauro İkardi bəzi paylaşımlar etmişdi. Məsələn, ''Fənər''in ''Lill'' ilə cavab matçından dəqiqələr sonra İkardi məşqdə Batşuayi ilə birlikdə gülən yerdə çəkdirdiyi şəkili paylaşmışdı. ''Fənər''in 2-ci turda ''Göztəpə'' ilə oyunda büdrəməsindən sonra isə argentinalı forvard yatmaq işarəsi göstərərək ''iyi geceler'' paylaşımını etmişdi. Təbii ki, indi də ''Fənər''lilər qisas almaq fürsətini əldən vermədi. Kapitan Mərt Hakan Yandaşın paylaşımı belə oldu: ''Hər kəs xarakterinə uyğun hərəkət edir. Ortada Türkiyə bayrağı varsa, bizdə qansızlıq ola bilməz. Gecəniz xeyrə qalsın, böyük ''Fənərbaxça'' fanatları''.

Ceyden Oostervolde ötən mövsüm ''Qalatasaray''ın stadionunda ''Fənər''in vurduğu qoldan sonra rəqib azarkeşlər önündə əllərini qulaqlarına qoyaraq qola sevindiyi yerdə çəkilən şəkili payladısa, Brayt Osayi-Samuel üzündə təbəssüm olan bir şəkili paylaşdı. Bu paylaşımlar təbii olaraq ''Fənərbaxça'' fanatları tərəfindən xoş, ''Qalatasaray''lılar tərəfindən qəzəblə qarşılandı. Maraqlıdı ki, paylaşım edənlərdən biri də ''Beşiktaş''lı Omar Kolli oldu. Amma o, ''Qalatasaray''a acıq vermədi və sadəcə yaxın qohumu olan Ebrima Kolli üçün paylaşım etdi. O, ''Yanq Boyz''un heyətində diqqət çəkən isimlərdən olan Ebrima Kollinin oyundan çəkilmiş şəklini paylaşaraq ''bu ismə hörmət edin'' ifadəsini yazdı.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
football-plus.az

10Mənbələr