AZ

Harri Keyn həyatında verdiyi ən yaxşı qərarını açıqladı

Almaniya nəhəngi “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn həyatında verdiyi ən yaxşı qərarı haqda həvəslə söhbət açıb.

Arena.az “DerbyDerbyDerby” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Bayern”in bir hissəsi olmaq – həyatımın ən yaxşı qərarıdır. Burada hər dəqiqədən həzz alıram. Keçən mövsümün uğurunu artırmaq istəyirəm, amma qənimətlər qazanmaq vacibdir. Komanda olaraq qalib gəlməliyik”, deyə Keyn “yaralı” yerinə toxunub.

Vurğulayaq ki, Harri Keyn böyük futbol karyerası ərzində komandaları ilə bir qənimət belə, qazanmayıb.

Keyn bir il əvvəl “Tottenhem”dən Münhen klubuna keçməsi haqda qərarını da əsaslandırıb:

“Mənim məqsədim həmişə təkmilləşmək, tərəqqi və hüdudları genişləndirmək olub. Ən yüksək səviyyədə oynamaq, Çempionlar Liqasında iştirak etmək, həmçinin qənimətlər uğrunda mübarizə aparmaq istəyirdim. “Bayern”ə keçidimlə bu fürsətləri əldə etdim”,

Xatırladaq ki, Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 45 qol vurub, 14 məhsuldar ötürmə verib.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
arena.az

10Mənbələr