AZ

Keyn Mourinyo, ''Qalatasaray'' və Arda Gülər haqda nə dedi?

Ötən mövsüm bundesliqada 36 qol vuran və Avropanın ən məhsuldar futbolçusu olaraq ''Qızıl buts''un sahibinə çevrilən ''Bavariya''lı Harri Keyn bu mükafata qovuşub.

Münhendəki ''Alyants Arena''da keçirilən mərasimdə Türkiyənin ''Fanatik'' nəşrinin əməkdaşları da iştirak edib. Onlar fürsətdən istifadə edərək tədbirin ardından Keynlə söhbətləşiblər.

İngiltərə yığmasının kapitanı ''Tottenhem''də başçılığı altında oynadığı Joze Mourinyo, ötən mövsüm ''Qalatasaray''a qarşı keçirdiyi oyunlar və başqa məqamlar haqda danışıb:

''Bu mükafatı qazandığım üçün çox xoşbəxtəm. ''Bavariya''ya gəlməklə həyatımın ən düzgün qərarlarından birini qəbul etdim. Komanda yoldaşlarımın və ailəmin dəstəyi olmadan bu mükafatı qazana bilməzdim. Bu şəkildə davam etmək və komandaya hədəflərinə çatmağa yardım etmək istəyirəm. Kubok qazana bilməmək məsələsinə gəlincə, sizə yeni mövsümdə kubok qazanacağıma yüz faiz söz verə bilmərəm. 2 ay öncə finalda uduzdum. Amma ''Bavariya''da titullar qazanmaq üçün əlimdən gələni edəcəm. Mourinyo şübhəsiz, dünyanın ən yaxşı məşqçilərindən biridi. Mükəmməl karyerası var və işlədiyi hər yerdə uğur qazana bilib. Ondan çox şey öyrəndim. ''Fənərbaxça''da da uğur qazanacağına əminəm. Ötən mövsüm Çempionlar Liqasında ''Qalatasaray''a qarşı hər iki oyunumuz çətin keçmişdi. Hücum xəttində səviyyəli oyunçuları var idi. Xüsusilə də İstanbuldakı oyunda bir çox qol fürsətləri yaratdılar və bizi ciddi şəkildə çətinə saldılar. O matçda qalib gəlsək də, bəxt də yanımızda idi. Türkiyədəki oyunda inanılmaz atmosfer var idi. Həyatımda heç vaxt bu qədər gurultulu atmosferdə oynamamışdım. Mənim üçün unudulmaz oyunlar siyahısındadı. Arda Gülər çox istedadlı futbolçudu. ''Real'' kimi böyük klubda oynayır. Onu çox böyük və önəmli bir gələcək gözləyir. Son AÇ-də də oyunu ilə diqqət çəkməyi bacarmışdı''.

ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
football-plus.az

10Mənbələr