AZ

Harri Keyn mükafatlandırıldı: Avropanın ən yaxşı...

"Bayern"in hücumçusu Harri Keynə 2023/24 mövsümünün nəticələrinə əsasən "Qızıl buts" mükafatı verilib.

Publika.az xəbər verir ki, ingilis forvard 36 qol vuraraq bütün Avropa çempionatlarının bombardiri olub.

"Mənim üçün qürurverici bir andır. Komanda yoldaşlarımın, məşqçilərimin, azarkeşlərin və ailəmin dəstəyi olmadan bu mümkün olmayacaqdı", - deyə Keyn bildirib.

Qeyd edək ki, Harri ötən mövsüm bütün yarışlarda 45 matçda 44 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
publika.az

10Mənbələr