Hindistanın şimalındakı Himaçal Pradeş əyalətinin Kullu rayonunda güclü yağışlar nəticəsində bina aşıb.
Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, bu barədə yerli orqanlar məlumat yayıb.
Bildirilib ki, tərəvəz bazarı kimi istifadə edilən binadan sakinlər hadisədən əvvəl təxliyyə edilib. Nəticədə xəsarət alan olmayıb.
Dörd mərtəbəli bina uçarkən Parvati çayının axınına düşdüyü deyilir. Şayın axını da yağışlar səbəbindən güclənib.
Qeyd edək ki, həmin əyalətdə güclü musson yağışları daşqınlara, sürüşmələrə və sellərə səbəb olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta