Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. O bildirib ki, təhsil haqqı artırılasa, burada təhsilin keyfiyyət məsələsi də artmalıdır:
“O cümlədən universitetin infrastrukturu, tələbələr üçün komfort yaxşılaşdırılmalıdır. Yox, bunlar olmursa, sadəcə təhsil haqqı artırılarsa, bu, gələcəkdə fəsadlara səbəb olacaq. Məsələn, tələbə artıq təhsil haqqını ödəyə bilmədikdə təhsilini dayandırmaq məcburiyyətində qalacaq. Halbuki dövlət başçısı konkret olaraq dəfələrlə bildirir ki, hər bir tələbə üçün təhsil əlçatanlığı təmin olunmalıdır.
Universitetlər, universitet rəhbərləri, o cümlədən universitetlərin pedaqoji şuraları, ümumiyyətlə, təhsil haqqının artımı ilə bağlı hansılar ki, qərar verməkdə maraqlıdırlar, onlar, ailələrin büdcəsini, gəlirlərini nəzərə almalı və ona görə qərar verməlidirlər”.
Ekspert onu da qeyd edib ki, Azərbaycandakı bəzi universitetlərdə təhsil haqları şişirdilib:
“Avropanın və yaxud Türkiyənin elə universitetləri var ki, orada dövlət universitetləri bizim pulla 600 manatdan 1000 manata təhsil almaq mümkün olduğu halda, bizdə 2000 - 3000 manat illik təhsil haqqı formalaşır. Düşünürəm ki, bunları ümumiyyətlə tənzimləyən bir nəzarət qurumu yaradılmalıdır ki, kimsə istədiyi kimi illik təhsil haqqının artmasına qərar verməsin”.
Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
modern.azPeşə məktəblərində də təhsil haqqı artırılıb? - AÇIQLAMA ( 9529709)
-
operativmedia.azUniversitetlərdə illik təhsil haqqı ildən-ilə niyə artır? ( 9512975)
-
demokrat.az“Təhsil haqlarının artırılması sui-istifadədir” — Deputatdan etiraz ( 9500036)
-
cebheinfo.azAzərbaycanda bahalı diplom: Təhsil pula adekvatdır? ( 9479647)
-
publika.azAzərbaycanda keyfiyyətli təhsil yoxdur: Bəs təhsil haqqını niyə artırırlar? ( 9422432)
-
bizimyol.info"Təhsil haqqını artırmaqla xarici universitetlərdən nümunə göstərirlər, ancaq eyni keyfiyyətli təhsili vermirlər" ( 9283405)
-
demokrat.az"Təhsil haqlarını tənzimləyən bir qurum yaradılmalıdır" — AÇIQLAMA ( 9276994)
-
referans.azAzərbaycan universitetləri təhsil haqqını ARTIRIR - "Bu məbləğin yarısına Avropanın nüfuzlu universitetlərində təhsil almaq mümkündür" ( 9268132)
-
news24.azTəhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək? ( 9239680)
-
moderator.azTəhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək? ( 9231865)