İyulun 15-nə keçən gecə Argentina və Kolumbiya milli komandaları arasında Amerika Kubokunun final oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Mmatçda fasilə 15 deyil, 25 dəqiqə davam edəcək. Buna səbəb “Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçi Pikenin keçmiş həyat yoldaşı, kolumbiyalı müğənni Şakiranın çıxışı olacaq.