AZ

"Qarabağ"dan möhtəşəm start - 3 qələbə, 10 qol

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən "Tallinn Cup"da mübarizəyə başlayıb.

Prosport.Az xəbər verir ki, Rəşad Sadiqovun başçılıq etdiyi komanda ilk turda Latviya təmsilçisi “Auda” ilə görüşüb.

Komandamız rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim 2, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə 1 qol vurublar.

İkinci turda İsveç “Hasselbi”si ilə görüşən "Qarabağ" 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim dubl edib, Əli Əliyev və Sahib Aliyev hərəyə bir dəfə fərqləniblər.

Ağdam klubu Estoniyanın “NF Academy” komandasını da məğlub edib – 2:1. Əli İbrahim turnirdə ardıcıl üçüncü dublunu gerçəkləşdirib. İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.

Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
9
prosport.az

10Mənbələr