AZ

“Qarabağ”dan Estoniyada ardıcıl 3 qələbə

“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”da mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, Rəşad Sadiqovun komandası ilk turda Latviya təmsilçisi “Auda” ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim iki, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə bir qol vurub. İkinci turda İsveç “Hasselbi”si ilə görüşən “Qarabağ” 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim iki, Əli Əliyev və Sahib Aliyev hərəyə bir qola imza atıb. "Qarabağ" Estoniyanın “NF Academy” klubunu da məğlub edib – 2:1. Əli İbrahim turnirdə ardıcıl üçüncü dublunu gerçəkləşdirib. İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb. Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.        

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
9
matc.az

10Mənbələr