“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”da mübarizəyə başlayıb. 

Offsideplus.az xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri ilk 3 turda qələbələri sıralayıb.

Ağdam təmsilçisi öncə Latviya “Auda”sı ilə görüşüb. “Qarabağ” rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim iki, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə bir qol vurub.

İkinci turda İsveç “Hasselbi”si ilə görüşən komanda 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim iki, Əli Əliyev və Sahib Aliyev hərəyə bir qola imza atıb. 

“Qarabağ” Estoniyanın “NF Academy” klubunu da məğlub edib – 2:1. Əli İbrahim turnirdə ardıcıl üçüncü dublunu gerçəkləşdirib. İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.

Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.