AZ

"Qarabağ"dan ardıcıl üç qələbə

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”da mübarizəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri ilk turda Latviya təmsilçisi “Auda” ilə görüşüb. Ağdam təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim iki, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə bir qol vurub.

İkinci turda İsveç “Hasselbi”si ilə görüşən "Qarabağ" 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim iki, Əli Əliyev və Sahib Aliyev hərəyə bir qola imza atıb.

Komanda Estoniyanın “NF Academy” klubunu da məğlub edib – 2:1. Əli İbrahim turnirdə ardıcıl üçüncü dublunu gerçəkləşdirib. İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.

Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
9
football-plus.az

10Mənbələr