AZ

Rəşad Sadiqovun komandası Estoniyada liderdi

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən "Tallinn Cup"da mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçi olduğu kollektiv tunirə uğurlu start verib və ardıcıl 3 qələbə qazanıb.
 
Ağdam təmsilçisi öncə Latviya "Auda"sını 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim iki, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə bir qol vurub.
 
İkinci turda İsveç "Hasselbi"si "ağ bayraq" qaldırıb. Ağdamlılar 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim iki, Əli Əliyev və Sahib Aliyev hərəyə bir qola imza atıb.
 
Estoniyanın "NF Academy" klubu da "süvarilər"lə bacarmayıb. Sadiqovun yetirməri estonları da meydandan məyus yola salıb - 2:1. İlk üç turda 9 xal toplayan ağdamlıların aktivində 10 qol var. 3 görüşdə cəmi 2 dəfə isə məyus olublar 
 
Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
8
sport24.az

10Mənbələr