AZ

Nadirdən Rövşanəyə SƏRT CAVAB: “Azərbaycanda boşanmayan ailə qoymadınız”

Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi “Ailədə düşüncə azadlığı önəmlidir. O demək deyil ki, ən qısa paltarı geyinəcəksən. Amma qızım ürəyi istəyəni geyinir, qarışmıram. Geyimin həddini, sərhədini bilir” fikirlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkədə şərh yazıb.

“Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi. Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!”, - deyə Nadir vurğulayıb.



Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
10
bizim.media

10Mənbələr