AZ

“Azərbaycanda boşanmayan ailə qoymadınız” - FOTO

Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi "Ailədə düşüncə azadlığı önəmlidir. O demək deyil ki, ən qısa paltarı geyinəcəksən. Amma qızım ürəyi istəyəni geyinir, qarışmıram. Geyimin həddini, sərhədini bilir" fikirlərə münasibət bildirib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi sosial şəbəkədə şərh yazıb.

"Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi. Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!", - deyə Nadir vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
10
milli.az

10Mənbələr