AZ

Aparıcı Rövşanə Ağasəfqızının "Qızım ürəyi istəyəni geyinir, qarışmıram” sözünə müğənni elə cavab verdi ki... - "Lüt gəzmək müasirlik deyil”

Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi “Ailədə düşüncə azadlığı önəmlidir. Qızım ürəyi istəyəni geyinir, qarışmıram” fikrinə münasibət bildirib.

Mia.az Lent.az-a istinadla xəbər veirr ki, bununla bağlı müğənni sosial şəbəkədə şərh yazıb.

“Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi.

Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
10
mia.az

10Mənbələr