AZ

“Belə danışa-danışa əxlaq, namus gora getdi”

“Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi. Siz müasir olun, camaata dəyməyin”.

TEMPİNFO bildirir ki, bunu müğənni Nadir Qafarzadə qeyd edib.

“Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!”, – sənətçi bildirib.

O, aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi fikirlərə reaksiya verərkən belə deyib. Aparıcı isə: “Ailədə düşüncə azadlığı önəmlidir. O demək deyil ki, ən qısa paltarı geyinəcəksən. Amma qızım ürəyi istəyəni geyinir, qarışmıram. Geyimin həddini, sərhədini bilir” – demişdi.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
10
tempinfo.az

10Mənbələr