AZ

Nadirdən Rövşanəyə ismarıc: “Lüt gəzmək müasirlik deyil”

Nadirdən

Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi “Ailədə düşüncə azadlığı önəmlidir. Qızım ürəyi istəyəni geyinir, qarışmıram” fikrinə münasibət bildirib.

Lent.az-ın xəbərinə görə, bununla bağlı müğənni sosial şəbəkədə şərh yazıb.

“Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi.

Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
10
reyting.az

10Mənbələr