Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb, 1993-cü il təvəllüdlü Məmmədova Şəfəq Vaqif qızı isə xəsarət alıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.report.az/photo/9f231030-227e-31ec-9b92-989ffc4553a0_300.jpeg)
![](https://static.report.az/photo/6a815951-ef92-37a0-b645-ac1f51507e1c_300.jpeg)