AZ

"1/8 finalda istənilən rəqiblə oynamağa hazır olacağıq" - La Fuente

style='margin-bottom:10px;'>

“Hər oyun çox gərgin keçir və bizim gördüyümüz iş həqiqətən çətin idi. Hər üç oyunda qalib gəldik və qapımızdan qol buraxmadıq".

QOL.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Albaniyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, növbəti mərhələdə hər rəqiblə oynamağa hazır olduqlarını vurğulayıb: "1/8 finalda kiminlə qarşılaşacağımızı bilmək üçün gözləməliyik. Amma mental olaraq istənilən rəqiblə oynamağa hazır olacağıq. Avropanın 16 ən yaxşı komandası növbəti mərhələyə yüksələcək. Ona görə də favorit olmağımıza əhəmiyyət vermirəm. Bu gün zirvədə ola bilərsən, amma sabah heç bir şey ola bilməzsən. Gəlin futbolçulara əlavə təzyiq göstərməyək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
28
teleqraf.com

10Mənbələr