AZ

Futbolİspaniya millisinin baş məşqçisi: İrəli getdikcə rəqiblərimiz bizi daha yaxşı tanıyacaq

İrəli getdikcə rəqiblərimiz bizi daha yaxşı tanıyacaq."Far.Az" xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente İtaliya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib. 62 yaşlı mütəxəssis qalib gəldikləri üçün sevincli olduğunu söyləyib: "Heç bir milli komanda bizdən güclü deyil. Amma yenə də çox çalışmaq lazımdır. Ehtiyatımızı qorumalıyıq. İtaliya matçında qalib gəldiyimiz üçün qürurluyam. Avropa çempionatı çox çətin turnirdir. İrəli getdikcə rəqiblərimiz bizi daha yaxşı tanıyacaq. AVRO-2024-də olduqca səviyyəli yığmalar çıxış edir". Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun matçında İtaliya İspaniya yığmasına məğlub olub - 0:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
34
far.az

10Mənbələr