AZ

Xorvatiyanın baş məşqçisi: "Azarkeşlərimizə görə çox üzülürəm"

"Azarkeşlərimizə görə çox üzülürəm. Futbolçularım yaxşı təsir bağışladılar. Xüsusi ilə də birinci hissə də". Sport24.az xəbər verir ki, bunu Xorvatiyanın baş məşqçisi Zlatko Daliç İtaliyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
 
57 yaşlı mütəxəssis xorvatiyalı futbolçuların oyun ərzində yaxşı təsir bağışladıqlarını bildirib: "Komandamızın üzvlərini layiqli mübarizə üçün təbrik edirəm. Penaltidən yararlana bilmədik və əlavə dəqiələrdə qapımızda qol gördük. 1/8 finala çıxmaq öz əlimizdə idi. Bizi dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Azarkeşlərimizə görə çox üzülürəm".
 
Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Xorvatiya - İtaliya matçı heç-heçə yekunlaşıb - 1:1. Bu nəticədən sonra xorvatlar yer aldıqları B qrupunu üçüncü pillədə başa vurublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
sport24.az

10Mənbələr