AZ

İspaniya millisinin baş məşqçisi Albaniya ilə oyunda qazanılan qələbədən danışıb

İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Albaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, 62 yaşlı çalışdırıcı qazanılan qələbəyə baxmayaraq oyunun çətin keçdiyini söyləyib.

"Hər oyun çətin keçir. 3 oyunda 3 qələbə qazandıq. 1/8 finaldakı rəqibimizi bilmədiyimiz üçün dəqiq nəsə demək çətindir. Ümumi götürsək, pley-offda istənilən rəqiblə qarşılaşmağa hazırıq.
Avropanın 16 ən yaxşı komandası növbəti mərhələyə yüksələcək, ona görə də favorit olduğumuzu demək çətindir. Bu gün zirvədə ola bilərsən, amma sabah hər şey başqa cür ola bikər. Gəlin futbolçulara əlavə təzyiq göstərməyək”, - deyə o, bildirib.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində İspaniya Albaniya millisinə qalib gəlib - 1:0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
report.az

10Mənbələr