AZ

Daliç azarkeşlərə görə məyusdur

“Azarkeşlərimizə görə çox üzülürəm”. Bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İtaliyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis xorvatiyalı futbolçuların oyun ərzində yaxşı təsir bağışladıqlarını bildirib: “Futbolçularım yaxşı təsir bağışladılar. Xüsusi ilə də birinci hissə də. Komandamızın üzvlərini layiqli mübarizə üçün təbrik edirəm. Penaltidən yararlana bilmədik və əlavə dəqiələrdə qapımızda qol gördük. 1/8 finala çıxmaq öz əlimizdə idi. Bizi dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Azarkeşlərimizə görə çox üzülürəm”.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Xorvatiya – İtaliya matçı heç-heçə yekunlaşıb – 1:1. Bu nəticədən sonra xorvatlar yer aldıqları B qrupunu üçüncü pillədə başa vurublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
futbolinfo.az

10Mənbələr