Albaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) yoldaşlıq görüşü keçirib.
Arena.az xəbər verir ki, U-17 Dürres şəhərindəki hazırlıq çərçivəsində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Eqnatiya Arena”da baş tutan oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin yeganə qolunu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.
Qeyd edək ki, Albaniya ilə Azərbaycan milli komandaları arasında ikinci yoldaşlıq görüşü iyunun 19-da keçiriləcək. “Eqnatiya Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.