AZ

Millimiz (U-17) Albaniyada ikinci oyununu keçirib

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
U-17 hazırlıq çərçivəsində növbəti dəfə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Eqnatia Arena”da təşkil olunan matç Albaniya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Əli İbrahim vurub.
Qeyd edək ki, bu komandalar arasında iyunun 17-də keçirilən ilk yoldaşlıq görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
9
affa.az

10Mənbələr