AZ

U-17 millimiz Albaniyaya böyük hesabla uduzdu

Albaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) ikinci yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, yığmamız Dürres şəhərindəki hazırlıq çərçivəsində növbəti dəfə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Eqnatiya Arena”da təşkil olunan matç Albaniya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. U-17 millimizin heyətində yeganə qolu 70-ci dəqiqədə Əli İbrahim vurub.

Xatırladaq ki, bu komandalar arasında iyunun 17-də keçirilmiş ilk yoxlama oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
9
arena.az

10Mənbələr