AZ

Azərbaycan millisi Albaniya ilə heç-heçə etdi

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində “Eqnatia Arena”da meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.

Qeyd edək ki, Albaniya ilə Azərbaycan milli komandaları arasında ikinci yoldaşlıq görüşü iyunun 19-da keçiriləcək. “Eqnatia Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
rekord.az

10Mənbələr