AZ

Lənkəranda bir qrup tibb işçisi peşə bayramları münasibətilə təltif edilib » Medical Media


Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
 
Xəstəxanadan Medicalmedia.az-a bildirilib ki, tolantıda Lənkəran RMX-nın tibbi heyəti, direktor müavinləri və tabeli tibb müəssisələrinin kollektivi iştirak edib.
 
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Ağabala Kəlbiyev açaraq əlamətdar gün münasibəti ilə taplantı iştirakçılarını təbrik edib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq bu günün Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu bildirib.
 
Direktor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir deyən direktor A.Kəlbiyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait, alınan yeni avadanlıqlar, yaradılan yeni şöbələr, aparılan islahatlar nəticəsində tibbi xidmətin dayanıqlığı və əlçatanlılığının təmin olunduğunu bildirib.
 
Çıxış edən digər iştirakçılar səhiyyə sistemində yaradılan şəraitdən, kadr islahatlarından, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardan, Azərbaycan səhiyyə sisteminin dayanıqlı, sürətli şəkildə inkişafından, innovativ yeniliklərdən söz açıblar.
 
Tədbirin sonunda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə təşəkkürnamə və Fəxri fərmanlar təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
20
medicalmedia.az

10Mənbələr