Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın baş naziri Nikol Paşinyanın assosiasiyadan çıxması ilə bağlı açıqlamalarına münasibət bildirib.
KTMT katibliyi RBC-nin sorğusuna cavab olaraq deyib ki, Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qalır: “Biz ondan çıxış edirik ki, Ermənistan Respublikasının KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, o, təşkilatın tamhüquqlu üzvü olaraq qalır”, – deyə təşkilat bildirib. Katiblik Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın baş nazirin açıqlamalarından sonra verdiyi açıqlamalara da diqqət çəkib.
Xatırladaq ki, iyunun 12-də Nikol Paşinyan parlamentdə hökumət saatında müxalifətçi deputat Tadevos Avetisyanın sualını cavablandırarkən Ermənistanın KTMT-dən çıxmacağını deyib və bəyan etdi ki, Ermənistan birlikdən çıxarsa, bir də ona qayıtmayacaq.
// Sami Qurbanov, Editor.az