AZ

Ermənistan Azərbaycan enerjisini Avropaya ötürəcək kabeldə pay sahibi olmaq istəyir

Ən azı iki-üç ildir ki, Ermənistan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün kifayət qədər intensiv iş aparılır.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında 2023-cü il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı məlumat açıqlayıb.

Onun fikrincə, iqtisadi nöqteyi-nəzərdən regional və strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi istiqamətində İrəvan və Tiflisin qarşılıqlı fəaliyyətinə dair razılıqların əldə olunması çox vacibdir: “Gürcüstanın iştirak etdiyi və həlledici rol oynadığı Qara Dəniz Kabel layihəsi bizim üçün çox vacibdir. Biz gürcü tərəfdaşlarımızın dəstəyinə də ümid edirik. Biz Ermənistanın bu layihənin bir hissəsi olmasını istəyirik. Ermənistan layihənin bir hissəsi olmaq üçün öz enerji infrastrukturunu yeniləmək və təkmilləşdirmək istiqamətində müəyyən ev tapşırıqlarını yerinə yetirməlidir. Bununla bağlı müvafiq tapşırıqlar verilib və işlər davam etdirilir”.

Qeyd edək ki, Qara dənizin dibi ilə Gürcüstan sahillərindən Rumıniyaya qədər elektrik enerjisi ötürən kabelin çəkilməsi haqqında müqavilə 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında imzalanıb. İlkin mərhələdə kabellə əsasən Azərbaycanda istehsal olunacaq enerjinin ötürülməsi nəzərdə tutulurdu, lakin artıq Qazaxıstan və Özbəkistan da layihəyə qoşulmaq üçün real addımlar atmağa başlayıblar.

Ermənistanın layihəyə qoşulmaq istəyini bu ilin əvvəlində baş nazir Nikol Paşinyan Tiflisə səfəri zamanı açıqlayıb.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
musavat.com

10Mənbələr