AZ

Sülh nümayişinin arxasındakı tələ: XİN Baş nazirin bəyanatını unudursa...

Ermənistan hakimiyyəti konstitusiyaya dəyişiklikləri niyə gecikdirir?
Az qala, hər addımda Azərbaycanla sülhə sadiq olduğunu bəyan edən Ermənistan hakimiyyəti növbəti dəfə siçan-pişik oyununa başlayıb. Bu ölkənin Baş naziri Nikol Paşinyan və onun silahdaşları yəqin ki, Ermənistan tarixində bir şey fikirləşib, başqa şeylər danışıb, başqa iş görməklə yadda qalacaqlar.
Paşinyan və Ko. artıq bu gün özlərini bir növ siyasi flüger kimi təsdiqləyiblər: küləyin əsdiyi istiqamətə dönürlər. Erməni siyasi elitasının ziddiyyətli və bəzən qeyri-adekvat bəyanatları uzun müddətdir ki, hər kəsin söhbətinə çevrilib. Və görünür, bu siyasi formulun dəyişdirilməsi son dərəcə çətin, hətta mümkünsüzdür. Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatına verdiyi cavab buna sübutdur.
Belə ki, TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşdə İlham Əliyev deyib ki, Ermənistanın hazırkı konstitusiyasının dəyişməz qaldığını nəzərə alsaq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması sadəcə olaraq mümkün deyil: “Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların sonradan konstitusiyasına daxil edilən müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Məhz onların cəmiyyətində azərbaycanlılar və türklər kiçik yaşlarından düşmən obrazında formalaşıblar. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Və təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması sadəcə mümkün deyil”.

Azərbaycan Prezidentinin bu sözləri erməni tərəfinin hiddətinə səbəb olub və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) onlara münasibət bildirməkdən yayınmayıb. Ermənistan XİN qeyd edib ki, “Ermənistanın heç bir qonşusuna, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur”.

Sənəddə qeyd edilir: “Ermənistan Respublikasının Konstitusiyası və ona edilən dəyişikliklər Ermənistanın daxili işləridir və biz rəsmi Bakının onun ətrafında hələ 2018-ci ildə başlayan daxili erməni müzakirələrinə müdaxilə cəhdlərini ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndiririk. Eyni zamanda, biz hesab edirik ki, bu cür söhbətlər sülh prosesinə zərbə vurur və Azərbaycan rəhbərliyinin sülhün əldə edilməsində səmimiliyini şübhə altına alır. Ermənistanla Azərbaycan arasında bağlanmış sülh sazişində açıq şəkildə göstərilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birlərinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişi layihəsində razılaşdırılmış müddəa da var ki, tərəflərdən heç biri sülh sazişinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz”.
Gəlin, əvvəlcə İlham Əliyevin sözləri ilə başlayaq. Açığı, mən şəxsən Ermənistanın xarici siyasət idarəsinin isterikasını başa düşə bilmirəm. Əslində, Azərbaycan Prezidenti ancaq Nikol Paşinyanın sözlərini təkrarlayıb. Yoxsa qonşu ölkənin Xarici İşlər Nazirliyi öz müdirinin üç ay əvvəl sözün əsl mənasında dediyi sözləri belə tez unudub? Belə olan halda “XİN-in ağıllı adamları”nın yaddaşını təzələmək bizim üçün o qədər də çətin olmayacaq.
“Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağdan bəhs edilməsi regionda sülhə maneədir”, - deyə Nikol Paşinyan bu ilin fevralında Ermənistanın İctimai Radiosuna müsahibəsində deyib.
“Sual: bizim dövlət siyasətimiz Dağlıq Qarabağ Milli Şurasının və Ermənistan Ali Şurasının qərarına əsaslanmalıdırmı ki, bu qərara əsasən, Ermənistan və Dağlıq Qarabağ birləşdirilməlidir? Əgər belədirsə, bu, o deməkdir ki, biz indi müharibə edəcəyik, sülhə nail olmayacağıq”, - deyə o vurğulayıb.
Yəni Paşinyan özü də insan səsi ilə deyir ki, Konstitusiyanın preambulası sülhə maneədir. Mən başa düşə bilmirəm ki, Ermənistan XİN ölkənin Baş nazirinin çıxışlarını və bəyanatlarını öyrənmir? Belə olan halda Əliyev də, Paşinyan da eyni şeyi deyir. Bəs problem nədir?
İndi gəlin birbaşa bəyanatın ən qəzəbli, lakin gülünc mətninə keçək. Birinci abzas sözün həqiqi mənasında başdan-başa açıq-saçıq yalanlarla doludur.
Əgər doğrudan da Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdursa, o zaman bu ölkənin Xarici İşlər Nazirliyi yuxarıda qeyd olunan preambulanı necə izah edə bilər? Bu, tam cəfəngiyatdır. Aydın məsələdir ki, “erməni küçüyü”nün hürməsi öz nüfuzunu artırmaq üçün daxili auditoriyaya hesablanıb. Amma bu halda belə çıxır ki, bu ölkənin rəhbərliyi öz vətəndaşlarına tam axmaq kimi yanaşır.

Müstəqilliyin elan edilməsi məsələsində söhbət hüquqi sənəddən getdiyi halda, İrəvanın sözdə sülh arzusu “suda çəngəllə” yazılmış kimi bir şeydir. Yəni, sadəcə Ermənistanın həmişə imtina edə biləcəyi boş sözlərdir. Bunun bariz nümunəsini bir çoxları, xüsusən də azərbaycanlılar çox görüb.

Bundan başqa, mətndə Əliyevin bəyanatı “ölkənin daxili işlərinə kobud müdaxilə” kimi qiymətləndirilir. Ciddisiniz? Ermənistanın Konstitusiyasında AZƏRBAYCAN torpaqlarından bəhs olunur və bu mövzu sırf daxili məsələ ola bilməz. Bu məsələ birbaşa ölkəmizin milli maraqlarına toxunur. Yəni, Ermənistanda insanlar özlərini tam axmaq halında hiss etməyi bu qədər xoşlayırlar? Özünütənqid faydalı bir şeydir, amma hər şeyin bir həddi var.
Təbii ki, bu halda da məsələ köhnə erməni hiyləsi olmadan (problemi ağrıyan başdan digərinə atmaq və günahlandırmadan) baş tutmadı. Deyirlər ki, Bakı sülh müqaviləsini torpeda edir. Yenə də erməni siyasi fokusu 180 dərəcə hədəfdən yayınır. Baş verənlər deyilənlərin tam əksidir. Səbəbi artıq yuxarıda qeyd olunub.
Ən maraqlı məqam isə “tərəflərin razılaşdırılmış müddəaların reallaşdırılmaması üçün öz daxili qanunvericiliyə istinad etməsi imkanının olmamasıdır”. Və bunu 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin heç birini yerinə yetirməyən bir ölkənin nümayəndələri deyirlər.
Belə olan halda indi erməni tərəfinə necə etibar etmək olar? Axı sabah qonşu ölkədə hakimiyyət dəyişsə, Azərbaycanla barışıq əleyhdarları dövlətin sükanı arxasına keçsə, istinadlar “razılaşdırılmış mövqe”yə deyil, bədnam Ermənistan konstitusiyasına ediləcək. Paşinyan və onun dəstəsi bunu çox gözəl bilir.
Məhz buna görə də Ermənistanın indiki hakimiyyəti bacardıqca konstitusiyaya dəyişikliklərlə bağlı məsələni gecikdirir. Əslində, gələcək səlahiyyətlilərə manevr üçün yer buraxmaq istəyirlər. Ancaq məsələ başqa cürdür: bunun niyə edildiyini Bakı İrəvandan pis yox, daha yaxşı başa düşür...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
ayna.az

10Mənbələr