AZ

Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının uğursuzluğa düçar olmasına görə revanşistləri ittiham etdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada çıxış edərək, Qarabağ müharibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə sülh danışıqlarının uğursuzluğa düçar olması ilə bağlı siyasi opponentlərinə müraciət edib.

Paşinyan bildirib ki, Bakı ilə danışıqlarda maksimum tələb etmək səhv idi və separatçılar məhz bu danışıq üslubunu seçdilər: “Yüksək tonla danışıqlara başlayanda, sonra edə biləcəyiniz yeganə şey onu daim aşağı salmaq olur, çünki onu qaldıracaq yer olmur və biz bunu başa düşmədik.

Bununla da biz məğlubiyyətimizi əvvəlcədən müəyyən etdik”, – Paşinyan bildirib. Onun sözlərinə görə, Qarabağ ərazisində saxta İrəvan rejiminin ləğv edilməsində, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinin Ermənistana gəlməsində erməni revanşistləri, klerikal-feodal elitası günahkardır. Ermənistanın baş naziri vurğulayıb ki, özü də Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsinin tərəfdarı deyildi.

/Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
editor.az

10Mənbələr