AZ

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.

VAZ 2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürcünün 20 yaşlı qızı xəstəxanaya çatdırılarkən yolda ölüb. Avtomobildə olan 3 nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
38
apa.az

10Mənbələr