Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən keçən hissəsində baş verib.

“Vaz” markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı ölüb Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info