AZ

Kürdəmirdə ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var. 

Bizim.Meda-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 201-ci km-də, rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yüklə dolu "Ford" markalı yük avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən “KAMAZ” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə "Ford"da olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır. 












Bizim Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
50
bizim.media

10Mənbələr