AZ

Şəmkirdə ağır QƏZA: Xəsarət alanlar var 

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun əsas magistral yolu ilə Yeniabad qəsəbə yolunun kəsişməsində baş verib. 

Hərəkətdə olan "VAZ 21015" markalı maşınla "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Tural Abdullayev və 1995-ci il təvəllüdlü Bayram Bayramlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib. Zərərçəkənlərin vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
bizim.media

10Mənbələr