AZ

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var - FOTO/VİDEO

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə yerində həyatını itirib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyətləri hələlik müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
baku.ws

10Mənbələr