AZ

"Müştərilərə keşbek və “ƏDV-geri al” üzrə 100 milyona manata yaxın ödəmiş etmişik"

“"Kapital Bank"ın 2024-2026-ci il üzrə strategiyasının mərkəzində müştəri məmnuniyyəti durur. Bizim bütün layihələrdə mütləq şəkildə müştəriləri mərkəzə qoyub, onları düşünürük”.

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib. 

"2023-cü il ərzində müştərilərə ödədiyimiz cəmi 100 milyon manata yaxın keşbek və “ƏDV-geri al” məbləğləri olsun, rəqəmsallaşma ilə Azərbaycada və xarici ölkələrdə “Kapital Bank”ın xidmətlərindən rahat istifadə olsun -  hər bir baxımdan müştərilərin razı qalması üçün fəaliyyət göstəririk. 5-6 milyon civarında fiziki şəxs və 100 minlərlə olan korporativ müştərilərimizə çoxlu təşəkkür edirəm. Biz bundan sonra da müştərilərimiz üçün ən yaxşılarını edəcəyik".

Fərid Hüseynov əlavə edib ki, 24 iyul 2024-cü il tarixində “Kapital Bank”ın 150 illik yubileyidir. Bu, yalnız "Kapital Bank"ın deyil, Azərbaycan bankçılığının tarixidir.

Seçilən
345
43
marja.az

10Mənbələr