AZ

“Kapital Bank” bu bazara iri addımla daxil olur – İlk gedişdə 100 mln. manat!

Azərbaycanın ən iri özəl bankı “Kapital Bank” ASC son rəqabətli hərracdan sonra fond bazarından daha 100 milyon manatlıq istiqraz cəlbini planladığını açıqladı.

Banker.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Fərid Hüseynov həftənin cümə günü təşkil edilmiş mətbuat konfransında deyib.

Bank sədri bildirib ki, manatda olan istiqrazların hansı müddət üzrə buraxıldığını deməsə də, illik gəlirliliyin 10% olduğunu açıqlayıb. Bu isə hazırda banklar tərəfindən son illərdə buraxılan ən yüksək gəlirlilər sırasında olması deməkdir.

“Kapital Bank”ın ilin ilk rübünə qədər öhdəliyində qiymətli kağız portfeli olmamışdı. 17 apreldə Bakı Fond Birjasında 35 milyon dollar nominal dəyəri olan istiqrazları yerləşdirmişdi və həmin hərracda bankın dollar istiqrazlarına tələb investorlar sayı baxımından yüksək olub. BFB-də yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilmişdir. Cənab Hüseynova görə, “əhalinin “Kapital Bank”ın istiqrazlarına marağı yüksəkdir. Bu son hərracda müşahidə edilib”.

O deyir ki, son hərracda 7 faiz gəlirliliyi olan dollar istiqrazlarının 82%-i fiziki şəxslər tərəfindən əldə edilib.

Adətən iri və eləcə də sistem əhəmiyyətli banklar olduğu halda, investorlar üçün bu növ istiqrazlara tələb daha kəskin yüksəlir.

Banker.az-ın sorğusu isə hazırda tənzimləyici Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarına (MEN) tətbiq edilən əmsalların öhdəliyində iri depozitlər olan banklar üçün daha yüksəkdir. Belə olan halda, bu “Kapital Bank”ın maliyyə mənbəsi kimi digər kanallarla vəsait cəlbinə təsir edibmi?

Bank sədri qeyd edir ki, hazırkı MEN bankın likvidliyinə hər hansısa təsiri yoxdur və bu norma bankda çox yuxarıdır. Bankın strategiyası MEN-dən əvvəl hazırlanıb və bu həmin strategiyanı dəyişməz saxlayır.

“Bu daha çox divervikasiya [maliyyə mənbələri] ilə bağlıdır. Depozitlər yenə də cəlb edirik. Dörd aydır ki, biz rəqəmsal depoziti bazara təqdim etmişik və 40 min nəfərə yaxın şəxs bu alətdən istifadə edərək banka yatırım edib. Bu çox böyük uğurumuzdur”.

Bank rəhbəri qeyd edir ki, hədəfləri “bu bazarın inkişafıdır. Ona görə də ölkədə buna kifayət qədər potensial var.

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat normasının qaldırılması bank sisteminin kredit vermək qabiliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. Bununla requlyator iqtisadiyyatda pul kütləsinin həcmini azaltmağı hədəfləyir ki, həm inflyasiya düşsün, digər tərəfdən də uçot faiz dərəcəsinin effektivliyi artsın.

Azərbaycanda depozitlərin cəlbi rəqəmsal olaraq mümkün olsa da, investorlar üçün bu lüks yoxdur. İnvestor istiqraz alışını yalnız anderrayter vasitəsi ilə almaq mümkündür. Banker.az-ın sorğusuna sədr bildirdi ki, yaxın zamanda istiqrazların rəqəmsal alınması da investor və əsasən fiziki şəxslər üçün mümkün olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
43
banker.az

10Mənbələr