AZ

“Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik"

"Kapital Bank” ASC “Naxçıvanbank” ASC-nin kredit portfelinin böyük hissəsini əldə edib. İndiyədək əldə edilmiş portfelin cəmi məbləği təxminən 184 milyon manatdır.

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib. 

Bankın Sədri vurğulayıb ki, kredit portfelinin əldə edilməsi “Naxçıvanbank”ın müştərilərinə də rahatlıq yaradılacaq:

“Naxçıvanbank”ın taleyilə bağlı məsələni mən şərh etmək istəməzdim. Biz "Naxçıvanbank"ın nə depozit portfelini, nə də səhmlərini almırıq. Lakin,  həm “Kapital Bank”, həm də “Naxçıvanbank” üçün bir fürsət idi:  Biz “Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik. Bu ötən ilin sonuna 62 milyon manat olmuşdu. O vaxt yalnız istehlak kreditləri portfeli idi. Toplam isə, bu günədək 184 milyon manata yaxın kredit portfeli “Kapital Bank”a ötürülüb. Onun 84,5 milyon manatı korporativ kreditlər portfeli, digəri isə qeyri-korporativ kreditlər portfelidir. Əqd artıq bağlanılıb. Bu, bütün tərəflər üçün –  həm “KapitalBank” üçün, həm “Naxçıvanbank” üçün, həm də müştərilər üçün rahatlıq yaradacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
43
marja.az

10Mənbələr