AZ

Kapital Bank mikro sahibkarlara rəqəmsal kreditlər verəcək - Fərid Hüseynov

Kapital bankın 211-min korporativ müşətilərinin 95%-i kiçik və orta, mikro sahibkarlar təşkil edir. Bunu İdarə Heyətin sədri Fərid Hüseynov deyib. 
 
O bildirib ki, 2024-2026-cı illərdə Kapital Bankın ən böyük strategiyasından biri də mikro sahibkarlığın inkişafına yönəlib. 
 

" Burada əsas strategiya innovativ məhsulların həmçinin də kreditləşmənin təklif olunmasıdır. Bir neçə müddət öncə Maestro kimi bir tarif tətbiq etmişik. Bu konstruktor formasındadır. Bank xidmətlərinin təxminən 65% ə qədər bu xidmətlərə gedən vəsaitdir. 
Müştəri öz biznes profilinə uyğun olaraq müəyyən bir seçim edib və vəsait götürür, xidmətin unikallığı həmçinin ondan ibarətdir ki, tam rəqəmsal şəkildə Birbank biznes platformasında, istər websaytında, Birbank mobil tətbiqində rahat şəkildə vəsaitin əldə edilməsi mümkündür. Kiçik və orta sahibkarlar öz daxili sistemlərində öz istədikləri kimi inteqrasiya etməklə bir neçə sistemdə yox bir sistemdə bütün bank işlərini  icra edə bilir", - Hüseynov mayın 17-də jurnalistlər üçün keçirilən brifinqdə qeyd edib.
 
O həmçinin bildirib ki, Kapital Bank mikro sahibkarlara rəqəmsal kreditlərin verilməsini təklif edir. 

" 1 ilə yaxındır ki, bizim çox böyük foksumuz mikro sahibkarlara yönəlib. Biz bunu daha da genişləndirməyi düşünürük. Bu mərhələli şəkildə icra ediləcək. Biz müştəriləri daha yaxından tanımaq, daha geniş müştəri kütləsinə çıxmaq istəyirik. Kapital Bankda gizli şəxs müştərilərin sayı 5-6 milyondur, korporativ müştərilər işə 211 min civarındadır. 211 min müştərinin 95%-dən çoxu kiçik və orta, mikro sahibkarlardır", - o bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
43
anews.az

10Mənbələr