AZ

“ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır, sonra onu alyansa daxil edəcək” - Blinken

"ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır, sonra onu alyansa daxil edəcək. Biz hazırda kritik anda görüşürük. Rusiya prezidenti Vladimir Putin Xarkovda və şərqdə Ukraynaya qarşı növbəti hücumunu gücləndirir”.    Manset.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə mətbuat konfransında çıxışı zamanı deyib. “Rusiya əsgərləri, İran pilotsuz uçan aparatları, Şimali Koreya artilleriyası, maşın və hissələrdən istifadə edilməklə inşa edilən tanklar, raketlər və döyüş təyyarələri Ukraynanı cənginə alıb. Önümüzdəki həftələr və aylar bu qədər fədakarlıq edən ukraynalılardan böyük cəsarət tələb edəcək”, - deyə ABŞ dövlət katibi bildirib.

O, həmçinin ABŞ-ın yardım paketindən yeni texnika və silahların yaxın günlərdə Ukraynadakı döyüş meydanına çatdırılacağına söz verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
24
manset.az

10Mənbələr