AZ

Digər ölkələrİsveç NATO-ya daxil olduqdan sonra tikinti sənayesinin inkişaf edəcəyini gözləyir

İsveçin NATO-ya daxil olması ölkənin çökməkdə olan tikinti sənayesinə böyük təkan verə bilər.

“Report”un məlumatına görə, bu barədə yerli "Sveriges Radio" məlumat yayıb.

Bildirilib ki, ölkədə infrastrukturun genişləndirilməsi zərurəti ilə əlaqədar onlar tikinti bumuna ümid edirlər.

Ekspertlər hesab edirlər ki, alyansa qoşulmaq yeni investisiyalar deməkdir və bu, tikinti sənayesinə müsbət təsir edəcək. Söhbət ağır hərbi texnika üçün körpülərin möhkəmləndirilməsindən, yolların abadlaşdırılmasından, su təchizatı və kanalizasiya sistemlərinin yoxlanılmasından, əlavə yaşayış evlərinin tikilməsindən gedir.

Dəmir yolları da diqqət tələb edir, xüsusən də ağır texnikanın daşınmasına tab gətirməli olan Stokholm-Oslo hissəsi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
1
far.az

10Mənbələr