AZ

Rusiyanın Xarkov vilayətinə hücumu: işğalçıların strateji məqsədi nədir? - ISW

"İşğalçıların məqsədi Ukrayna qoşunlarını Belqorod vilayətindən sıxışdırmaq və artilleriya ilə Xarkova çatmaq üçün irəliyə getməkdir..."
 
"Rusiyalıların Xarkovu ələ keçirmək məqsədilə hücuma keçdiyinin kifayət qədər sübutları yoxdur..."
 
Rusiya Xarkov vilayəti sərhəddi boyunca hücum əməliyyatlarına başlayıb, bununla Ukrayna qüvvələrini bu istiqamətə cəlb etmək və burada möhkəmləndirmək, özləri üçün isə Ukraynanın şərqində digər rayonlara doğru irəliləməsinə şərait yaratmaq məqsədi güdür.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
 
Analitiklər məlumat verib ki, rusiyalı işğalçılar mayın 10-da səhər Xarkov vilayətinin sərhəddi boyunca hücum əməliyyatlarına başlayıb və xeyli taktiki uğurlar əldə edib.
 
Ehtimal ki, qəsbkarlar Xarkov vilayətinin şimalında məhdud operativ məqsədləri olan, lakin hərbçilərin və texnikanın Ukraynanın şərqində digər kritik sahələrdən diqqətini yayındırmaq kimi strateji məqsədə nail olmaq üçün hərbi əməliyyatın ilkin fazasına başlayıb.
 
Hazırda Rusiya qoşunları bu rayonda iki məhdud əməliyyat keçirir, bunlardan biri Xarkovdan şımala doğru Liptsı istiqamətində, digəri isə Xarkovdan şimal-şərqə doğru Volçansk yaxınlığında keçirilən əməliyyatlardır.
 
Ukrayna Müdafiə Nazirliyi məlumat verib ki,  Rusiyanın sayı bəlli olmayan zirehli tank hücum qrupları Volçansk yaxınlığında Ukraynanın müdafiəsini yarmağa cəhd göstərib.
 
NASA-nın "Fire İnformation for Resource Management"-in mayın 10-a olan məlumatları Streleçye, Krasnoye, Pılnaya və Borisovka yaşayış məntəqələrində və ehtimal ki, onların yaxınlığında şiddətli döyüşlərin getdiyini sübut edir.
 
"Reuters" agentliyi Ukraynanın yüksək vəzifəli hərbi mənbəsinə istinadən bəyan edib ki, Rusiya qoşunları Volçansk yaxınlığında ən azı bir km dərinliyədək irəliyə gedib.
 
ISW bilavasitə bu rayona yaxın olan ərazidə döyüş əməliyyatlarının təxmini gedişini dəyərləndirmək üçün kifayət qədər sübutlar görməyib.
 
Analitiklər Rusiya qoşunlarının ehtimal ki, yaxın günlərdə Xarkov vilatətinin şimalında özlərinin taktiki platsdarmından istifadə edərək hücum əməliyyatlarının fəallaşdırılması və onların ilkin fazasının keçirilməsi üçün istifadə edəcək.
 
Bununla da, ehtimal ki, Ukrayna qoşunlarını Belqorod vilayətindən sıxışdırmaq və artilleriya ilə Xarkova çatmaq üçün irəliyə getmək məqsədi daşıyır.
 
Lakin hazırda Rusiya qüvvələrinin tətbiq etdiyi məhdud səylər onların  genişmiqyaslı hücum əməliyyatı keçirməklə Xarkovu mühasirəyə almaq və zəbt etmək məqsədindən xəbər vermir.
 
Xarkova hücum-detallar
 
Mayın 10-da rusiyalı işğalçılar Ukrayna ordusunun Xarkov vilayətində müdafiə xəttini yarmağa cəhd edib.
 
Volçansk istiqamətində düşmən idarəedilən aviasiya bombalarını tətbiq etməklə aviasiya zərbələri həyata keçirib. Cəbhənin bu sahəsində müdafiəni gücləndirmək üçün ehtiyat bölmələr göndərilib.
 
Rusiya qoşunları Xarkov vilayətində Ukraynaya qarşı əməliyyatı genişləndirməyə cəhd edib. Ukrayna Rusiyanın güc həcmini anlayır və onun niyyətini görür, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
moderator.az

10Mənbələr