AZ

"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi

style='margin-bottom:10px;'>

“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılmayacağının səbəbini açıqlayıb.

QOL.az xəbər verir ki, o, bir müddət əvvəl verdiyi açıqlamada yayda Kataloniya klubunu tərk edəcəyini bildirmişdi.

44 yaşlı mütəxəssis bir neçə gün əvvəl fikrini dəyişməsi ilə bağlı “Mundo Deportivo”ya danışıb: “Burda qalmaq qərarımın səbəbi sadədir. Əvvəlcə məsuliyyət hiss etdim və qırağa çəkilməyimin daha yaxşı qərar olduğunu hesab etdim. Amma aylar keçdi və indi hər şeydə güvən görürəm. Klub, prezident, idman direktoru, oyunçular tərəfindən dəstəyi hiss edirəm. Bu əsas məqam idi” – deyə Xavi bildirib. 

Qeyd edək ki, bu ilin yanvar ayında Xavi “Barselona”dan ayrılacağını açıqlamışdı. Onun klubla hazırki müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla