AZ

Xavi “Barselona”da qalmağa qərar verdi

Xavi Ernandes “Barselona”nın baş məşqçisi postunda qalmağa razılıq verib. Daha öncə mövsüm bitən kmi postundan ayrılacağını açıqlayan mütəxəssis qərarını dəyişib.

Futbolinfo.az xəbər verir ki, Xavi dünən rəhbərliklə növbəti görüşündən sonra fikrindən daşınıb. O, vədlər alaraq daha bir mövsüm postunda qalmağa razılıq verib.

Klub prezidenti Xuan Laporta bu gün mətbuat konfransı keçirəcək. Onun məşqçi məsələsinə aydınlıq gətirməsi, Xavini saxlamağın mümkün olduğunu açıqlaması gözlənilir. Laporta eyni zamanda klubun gələcəyi, borclar və tramsferlər barədə də danışmalıdır.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla