Xavi daha bir il “Barselona”da qalacaq.
İdmanxeber.az məlumat verir ki, klubun bazasında keçirilən görüşdə Xavi, Deko və prezident Xoan Laporta iştirak edib. Yekun qərara əsasən Xavi 1 il daha klubda qalmağa qərar verib. Sabah Laporta mətbuat konfransı keçirərək hər şeyə aydınlıq gətirəcək.
Çempionlar Liqasında mübarizəni dayandıran “Barselona” La Liqada isə 70 xalla 2-ci yerdədir.